Modern.az

Rusiya Rövşən Əsgərovu xarici agent elan etdi

Rusiya Rövşən Əsgərovu xarici agent elan etdi

9 Dekabr 2022, 22:14

Rusiya "Nə? Harada? Nə zaman?" (Что? Где? Когда?) yarışının azərbaycanlı oyunçusu Rövşən Əsgərovu xarici agent siyahısına daxil edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb.

 

Bundan başqa, 1 nəşriyyat və “Dojd” kanalının 1 əməkdaşı da xarici agent siyahısına daxil edilib.

 

Qeyd edək ki, bu ilin aprel ayında Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb, mayın əvvəllərində isə o, axtarışa verilib. Əsgərov sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunub. 

 

R. Əsgərov barəsində açılan cinayət işi ilə bağlı açıqlamasında nasizmi bərpa etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımında böhtan, yalan, nasizmin bərpasında dair elementlər yoxdur: “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”.

 

R. Əsgərov “Nə? Harada? Nə zaman?” yarışının 2001-ci ilin qış seriyasında Ales Muxinin başçılıq etdiyi komandanın tərkibində çıxış edərkən klubun ali mükafatlarından sayılan “Büllur bayquş” a layiq görülüb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu