Modern.az

Son 7 ildə 37 min terrorçu zərərsizləşdirilib - AKAR

Son 7 ildə 37 min terrorçu zərərsizləşdirilib - AKAR

9 Dekabr 2022, 23:30

Türkiyə ordusu 24 iyul 2015-ci ildən bəri ölkə daxilində, İraqın şimalında və Suriyada ümumilikdə 37 min terrorçunu zərərsizləşdirib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

O, cari ilin əvvəlindən 4 minə yaxın, "Pəncə Qılınc" əməliyyatında isə 364 terrorçunun zərərsizləşdirildiyini qeyd edib.

 

"Türkiyə Silahlı Qüvvələri ölkəmizin və millətimizin təhlükəsizliyi üçün lazım olan bütün tədbirləri lazımi yerdə və zamanda görüb, görəcək", - deyə Akar bildirib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu