Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite istefa verib.
Modern.az xəbər verir ki, bu barədə o, özü bildirib.
Baş məşqçi rəhbərlik etdiyi komandanın Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Xorvatiya yığmasına məğlub olmasından sonra istefa vermək qərarına gəlib.
Tite 2016-cı ildən Braziliya millisini çalışdırıb. 2018-ci ildə Braziliya Futbol Konfederasiyası onunla müqaviləni 2022-ci ilə qədər, yəni Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər uzadıb.
Qeyd edək ki, Braziliya-Xorvatiya matçı 1:1 hesabı ilə başa çatsa da, penaltilər seriyasında Avropa təmsilçisi rəqbini üstələyib və yarımfinala keçən ilk komanda olub.