Modern.az

Saakaşvilinin həbsdən fotosu yayıldı

Saakaşvilinin həbsdən fotosu yayıldı

10 Dekabr 2022, 00:31

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin həbsdən fotosu yayılıb.

 

Modern.az xəbər verir, fotonun Saakaşvilinin müalicə aldığı "Vivamed" klinikasından çəkildiyi deyilir.

 

Yerli mətbuat onun ciddi miqdarda çəki itirdiyini bildirir. Bundan əvvəl Saakaşvilinin zəhərləndiyi barədə məlumatlar da yayılıb.

 

Qeyd edək ki, 2003-2012-ci illərdə Gürcüstan prezidenti olmuş M.Saakaşvili bu il oktyabrın 1-də Tbilisidə saxlanılıb. Ötən ay onun səhhəti pisləşib. Onda qızdırma və iştahsızlıq əmələ gəlib, çəkisini sürətlə itirdiyi, əzələlərində ağrı və atrofiya qeydə alınıb. Saakaşvilinin saç nümunəsinin toksikoloji müayinəsi zamanı orqanizmdə həddindən artıq civə və digər ağır metallar aşkar edilib.

1195938

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu