Modern.az

Ermənistanda ali məmur maaşları - Paşinyan ondan az alırmış... - SİYAHI

Ermənistanda ali məmur maaşları - Paşinyan ondan az alırmış... - SİYAHI

Dünya

10 Dekabr 2022, 14:13

Gələn il Ermənistanda yüksək maaş alan ali məmurların gəlirləri xeyli artacaq. Çünki 2023-cü ildən bütün dövlət məmurlarının maaşının hesablandığı bazanın məbləği qaldırılacaq.

Modern.az-ın məlumatına görə, bu haqda “Hraparak” qəzeti yazıb.


Qeyd edilib ki, hazırda Ermənistanda ən yüksək maaş prezident Vaaqn Xaçatryana məxsusdur -1 milyon 323 min dram. 2023-cü ildə artım baş verəndən sonra prezidentin maaşı 1 milyon 664 min dram olacaq, yəni 340 min dram artacaq.


Baş nazir Nikol Paşinyan hazırda 1 milyon 256 min 660 dram alır, 2023-cü il yanvarın 1-dən onun aylıq maaşı 1 milyon 580 min dram olacaq, yəni baş nazirin maaşı 324 min dram artacaq.

Parlamentin sədri Alen Simonyanın indiki maaşı 1 milyon 190 min 520 dramdır, yanvarın 1-dən 1 milyon 497 min 600 dram olacaq, yəni 307 min dram artacaq.

Qeyd edək ki, bu, mükafatlara şamil edilmir.
 

Konstitusiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının sədri hazırda 1 milyon 58 min dram alır, yanvarın 1-dən onların maaşı 1 milyon 331 min dram olacaq, yəni 273 min dram artacaq.

Baş nazirin müavinləri Mher Qriqoryan, Hambardzum Matevosyanın və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aylıq maaşı hazırda 1 milyon 25 min 170 dramdır, baza maaşının artırılması halında onlar 1 milyon 289 min 600 dram alacaqlar. Bu da 264 min dram çoxdur.


Yanvarın 1-dən Ombudsman Kristin Qriqoryanın, baş prokuror Anna Vardapetyanın, Hesablama Palatasının sədri Atom Cancuqazyanın da maaşları artacaq. Hazırda onlar 992 min 200 dram alırlar, yeni ildən maaşları 255 min 800 dram artaraq 1 milyon 248 min dram olacaq.

Digər dövlət məmurlarının da maaşları eyni şəkildə artacaq. Onların bir çoxu üçün müxtəlif faiz dərəcələri ilə aylıq - 30, 50, 100 faizlik mükafatlar da nəzərdə tutulub və maaşların artırılması ilə yanaşı, aylıq mükafatlar da artacaq. Məsələn, Ədliyyə Nazirliyinin layihəsində Baş prokurora və prokurorlara 100 faiz aylıq mükafat müəyyən edilibsə, bu, Baş prokurorun aylıq gəlirinin 2 milyon 500 min drama çatması deməkdir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu