Modern.az

Bazarda bomba partladıldı - 1 ölü, 7 yaralı 

Bazarda bomba partladıldı - 1 ölü, 7 yaralı 

10 Dekabr 2022, 23:42

Pakistanın Bəlucistan bölgəsində yerləşən bazarda bomba partladılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" nəşri məlumat yayıb.

 

Hadisə nəticəsində bir nəfər həlak olub, 7 nəfər yaralanıb. Bombanın əldəqayırma partlayıcı qurğu olduğu bildirilir. Yaralılar arasında qadın və uşaqlar da var.

 

Partlayışa görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Hökumət hadisənin terror aktı olduğunu açıqlayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu