Modern.az

ABŞ hökuməti Saakaşviliyə dəstək verdi

ABŞ hökuməti Saakaşviliyə dəstək verdi

13 Dekabr 2022, 19:51

ABŞ Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vəziyyətini “çox diqqətlə izləyir”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

 

ABŞ hökuməti xatırladıb ki, eks-prezidentə rəftara görə Gürcüstan hökuməti məsuliyyət daşıyır.

 

“Saakaşvilinin sağlamlığının və insan hüquqlarının müdafiəsi Gürcüstan hökumətinin üzərinə düşür. Dövlət müdafiəçisinin tibbi ekspertlərinin tövsiyələri əsasında biz Saakaşvilinin sağlamlığı və rifahı üçün lazımi addımların atılmasına dair müvafiq şəxslərlə danışıqlarımızı davam etdirəcəyik”, - Dövlət Departamentinin bəyanatında qeyd olunur.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?