Modern.az

Özbəkistan "Qaz ittifaqı"ndan türkmən qazı ilə xilas olur

Özbəkistan

Dünya

14 Dekabr 2022, 09:34

Qış mövsümündə Özbəkistanın Türkmənistandan idxal etdiyi təbii qazın həcmi 1.5 milyard kubmetrə qədər artırılacaq.

Modern.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan hökumətindəki mənbə mətbuata məlumat verib.

Belə ki, müvafiq razılaşma bir neçə gün əvvəl Türkmənistanın paytaxtı Aşqabad şəhərində Özbəkistan Prezident Administrasiyasının rəhbəri Sərdar Umurzakovla Türkmənistanın dövlət başçısı Sərdar Berdımuhəmmədov arasında imzalanıb.

Bildirilib ki, Özbəkistan indiyədək Türkmənistandan gündəlik qaydada 15 milyon kubmetr qaz idxal edirdi. Bu rəqəm 20 milyon kubmetrə çatdırılacaq.

Razılaşmanın enerji resurslarının qıtlığını önləmək məqsədilə imzalandığı qeyd edilib.

Bundan əvvəl Özbəkistanın energetika naziri Jurabek Mirzəmahmudov ölkəsinin kommersiya müqavilələri ilə qaz almağı planlaşdırdığını, bunun Özbəkistanın “hər hansı qaz ittifaqına” qoşulmasının tələb olunmaması üçün edildiyini bildirmişdi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Qazaxıstan və Özbəkistana üçtərəfli qaz ittifaqının yaradılmasını təklif etmişdi. Hər iki ölkə təklifdən imtina etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu