Modern.az

Ukrayna 64 hərbçini əsirlikdən qaytardı

Ukrayna 64 hərbçini əsirlikdən qaytardı

14 Dekabr 2022, 17:24

Dekabrın 14-də Ukrayna ilə Rusiya arasında hərbi əsirlərin növbəti mübadiləsi aparılıb. Ukrayna Silahlı Qüvvələrinin daha 64 hərbçisi Rusiyada əsirlikdən qaytarılıb.

 

Modern.az bu barədə Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın teleqram-kanalına istinadla xəbər verir.

 

Əsirlikdən azad edilmiş döyüşçülər arasında Donetsk və Luqansk istiqamətlərində vuruşmuş, o cümlədən Baxmutun müdafiəsində iştirak etmiş zabitlər, sıravi əsgərlər və serjantlar var.

 

Ukrayna Silahlı Qüvvələrinə kömək edən ABŞ vətəndaşı Suedi Murekezini də azad etmək mümkün olub. Bundan əlavə, həlak olmuş 4 nəfərin cəsədləri qaytarılıb.

 

Daha əvvəl, dekabrın 6-da Ukrayna 60 nəfər Vətən müdafiəçisini əsirlikdən qaytarıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər