Modern.az

Zelenskiyə Saxarov mükafatı təqdim olundu 

Zelenskiyə Saxarov mükafatı təqdim olundu 

14 Dekabr 2022, 18:20

Strasburq yerləşən Avropa Parlamentində 2022-ci il üçün Saxarov mükafatının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mükafatlandırma mərasimi Avropa Parlamentinin "Twitter" səhifəsində yayımlanıb.

 

Mükafat Ukrayna xalqı adından tədbirdə iştirak edən Prezident Volodimir Zelenskiyə təqdim edilib.

 

“Fikir azadlığına görə” İnsan Hüquqları Mükafatı 1988-ci ildə sovet fiziki və hüquq müdafiəçisi Andrey Saxarovun şərəfinə təsis edilib. 2021-ci ildə mükafat müxalifətçi Aleksey Navalnıya, 2020-ci ildə isə Belarus müxalifətinə verilib. Mükafatın pul məbləği 50.000 avrodur.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər