Modern.az

Rusiya və İran kosmosda əməkdaşlıq edəcək 

Rusiya və İran kosmosda əməkdaşlıq edəcək 

14 Dekabr 2022, 20:59

İran tərəfi Rusiya ilə kosmos sahəsində əməkdaşlığın inkişafına dair memorandum imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.

 

Məlumata görə, tərəflər peyklərin tikintisi üzrə birgə layihələr üzərində işləyəcəklər.

 

İran Kosmik Agentliyinin rəhbəri Həsən Salariye bildirib ki, İran və Rusiya arasında gələcəkdə əməkdaşlıq çərçivəsi müəyyən edilib və bu gün iki ölkə arasında imzalanıb, tərəflər müxtəlif sahələrdə mükəmməl qarşılıqlı anlaşma əldə ediblər.

 

Memoranduma əsasən, Tehran və Moskva zondlama və telekommunikasiya peyklərinin birgə layihələndirilməsi və istehsalı, habelə bunun üçün zəruri infrastrukturun inkişafı və birgə təlim kurslarının keçirilməsi sahəsində əməkdaşlığı inkişaf etdirəcəklər. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər