Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi zamanı Kiyev tərəfində döyüşən ABŞ vətəndaşı azad edilib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, mübadilə ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib: “Mən təsdiq edə bilərəm ki, ABŞ vətəndaşı Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində təhvil verilib. Bu xəbəri əlbəttə ki, alqışlayırıq. Lakin məxfiliyə görə bu şəxs haqqında ətraflı məlumat verə bilmərəm", - deyə o qeyd edib.
Akif İsmayılov