BMT-nin baş katibi Antonio Quterreş Ukrayna prezidenti Volodimie Zelenski ilə telefonla danışıb.
Modern.az xəbər verir ki, bu barədə baş katibin mətbuat katibi Stefan Düjarrik məlumat verib.
Tərəflər "taxıl sazişi"nin gələcəyini müzakirə ediblər. Düjarrik telefon danışığının detallarını açıqlamayıb, lakin əlavə edib ki, baş katib və prezident “geniş mövzuları” müzakirə ediblər.
Rusiya, Ukrayna və Türkiyə arasında BMT-nin iştirakı ilə taxıl müqaviləsi iyulun 22-də imzalanıb. Eyni zamanda, Rusiya ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracına dair memorandum imzalanıb.
Akif İsmayılov