Modern.az

Baydendən yeni pandemiya XƏBƏRDARLIĞI

Baydendən yeni pandemiya XƏBƏRDARLIĞI

Dünya

15 Dekabr 2022, 08:45

ABŞ Prezidenti Co Bayden bəşəriyyətin növbəti pandemiya ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bayden Vaşinqtonda keçirilən ABŞ-Afrika Sammitində deyib.

 

“COVID-19-un yayılması ilə mübarizə aparsaq belə, biz daha güclü səhiyyə sistemləri və institutları qurmağa və səhiyyə xidmətinə universal çıxışı təmin etmək üçün səyləri gücləndirməyə davam edirik”, - Bayden çıxışında bildirib.

 

Prezident qeyd edib ki, hakimiyyət bütün bunları yeni pandemiyaya hazırlaşmaq üçün edir: “Bu, şübhəsiz ki, olacaq”.

 

Daha əvvəl “Microsoft”un yaradıcısı Bill Qeyts demişdi ki, bəşəriyyəti yaxın 20 ildə 50 faiz ehtimalla yeni pandemiya gözləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər