Pakistanda terror aktı törədilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Vəziristan vilayətinin Miranşah şəhərində baş verib.
Kamikadzenin özünü partlatması nəticəsində biri hərbçi, digəri mülki şəxs olmaqla, 2 nəfər həyatını itirib.
Hadisə nəticəsində, həmçinin 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və tibbi müdaxilə olunub.
Terror aktını hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Araşdırmaların davam etdirildiyi qeyd edilib.