Çin fəzaya növbəti hərbi kəşfiyyat peyki buraxıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin "Xinhua" agentliyi məlumat yayıb.
Geniş imkanlara malik "Yaogan-36" peykinin "Long March" raketi vasitəsilə kosmosa buraxıldığı bildirilib. Məlumata görə, peyk Çinin Siçuan əyalətinin Siçang Peyk Mərkəzi ərazisindən fəzaya buraxılıb.
Bu, "Long March" raketləri vasitəsilə həyata keçirilən 455-ci buraxılışdır.
Qeyd edək ki, Çin bundan əvvəl də eyni markalı peykləri fəzaya buraxmışdı.