Ermənistanın sabiq mədəniyyət naziri Asmik Poqosyan barəsində yeni cinayət işi açılıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
A.Poqosyan nazir olduğu dövrdə "Soxosentr" şirkətinin sahibi ilə birgə korrupsiya cinayətləri törətməkdə ittiham edilir. Belə ki, Çaykovski adına musiqi məktəbinin ərazisində dövlət əmlakı olan 300 kvadratmetrlik torpaq sahəsinin nazir tərəfindən mənimsənildiyi üzə çıxıb.
Bununla A.Poqosyanın dövlətə 100 milyon dramdan çox ziyan vurduğu bildirilib.
Qeyd edək ki, Poqosyan 2012-2016-cı illərdə Ermənistanın mədəniyyət naziri olub. Onunla bağlı ötən il də korrupsiya əməllərinə görə cinayət işi açılmışdı. Haqqında qiyabi həbs qərarı çıxarılan eks-nazir 2021-ci ildən axtarışa verilib.