Modern.az

“Putinin enməyəcəyi alçaq səviyyə yoxdurmu?” - XİN başçısı

“Putinin enməyəcəyi alçaq səviyyə yoxdurmu?” - XİN başçısı

15 Dekabr 2022, 12:20

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ukraynalı uşaqların qaçırılaraq Rusiyada xüsusi təlim düşərgəsində saxlanılmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Kleverli bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Mən ukraynalı azyaşlı uşaqların qaçırıldığını və Rusiyaya aparıldığını eşitdim. Putin enməyəcəyi alçaq səviyyə yoxdurmu? Məsuliyyət daşıyanlardan hesab istəyirik. Rusiyanın "uşaq hüquqları üzrə komissar"ı Maria Lvova-Belovaya qarşı sanksiya tətbiq etmişik", - deyə nazir yazıb.

 

Qeyd edək ki, Ukrayna ərazisindən uşaqların qaçırılaraq Rusiyaya aparılması və Şimali Qafqazda xüsusi düşərgədə saxlanaraq Ukrayna əleyhinə təbliğata məruz qaldığı, fiziki hazırlıq keçirildiyi barədə faktlar üzə çıxmışdı. Bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə davam edir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər