Modern.az

Moldovada prezidentin istefası tələbi ilə etiraz aksiyası keçirildi

Moldovada prezidentin istefası tələbi ilə etiraz aksiyası keçirildi

15 Dekabr 2022, 12:46

Moldovanın paytaxtı Kişinyov şəhərində prezidentin istefası tələbi ilə etiraz aksiyası keçirilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaçılar parlamentin önünə toplaşıblar.

 

Əsasən, sosial problemlərdən şikayətlənən aksiya iştirakçıları qiymətlərin bahalaşmasına, maaşların və pensiyaların azlığına, həmçinin kommunal xidmət tariflərinin yüksək olmasına etiraz ediblər. Aksiyaçılar Moldova prezidenti Maya Sandunun istefa verməsini tələb ediblər.

 

Qeyd edək ki, Avrointeqrasiya və qərbyönümlü siyasət tərəfdarı olan, Dnestryanı bölgədəki Rusiya sülhməramlılarının ölkədən çıxarılmasını tələb edən və ərazidəki separatçı qurumun nəzarətindəki hissədə Moldovanın suverenliyinin təmin olunmasına çalışan Maya Sandunun 2020-ci ildə ölkə prezidenti seçilməsindən sonra Rusiyameyilli siyasi qüvvələr tez-tez etiraz aksiyaları keçirirlər.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər