PKK terrorçuları Türkiyə jandarm qüvvələrinə təslim olub.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılmış tədbirlər nəticəsində daha 2 PKK/KCK terrorçusu qeyri-hərbi vasitələrlə yola gətirilib və təslim olublar.
Nazirliyin məlumatında qeyd edilib ki, bununla da 2022-ci il ərzində təslim olan terrorçuların sayı 121 nəfərə çatıb.