Modern.az

Lavrov istefa verəcək? - Kremldən açıqlama

Lavrov istefa verəcək? - Kremldən açıqlama

15 Dekabr 2022, 13:34

Kremlin sözçüsü Dmitri Peskov Rusiya XİN başçısı Sergey Lavrovun istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Peskov bu cür şayiələrə inanmağın doğru olmadığını bildirib.

 

Kreml rəsmisi Polşanın Rusiyanı "terrorizmi dəstəkləyən dövlət" kimi tanımasına da toxunub. O, qərarı "anti-Rusiya isterikası" adlandırıb.

 

Dmitri Peskov, həmçinin Qərb ölkələrinin Rusiyanın neft sektoruna qarşı "tavan qiymət siyasəti" tətbiq etməsinə cavab xarakterli addımların hazırlandığını qeyd edib.

 

"Bu həftə Putinin cavab tədbirləri haqqında qərarı olacaq", - deyə Peskov söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər