Modern.az

Rusiya Xersonu bombalayır

Rusiya Xersonu bombalayır

15 Dekabr 2022, 15:16

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiyanın Xersonu bombaladığı barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Yermak bu barədə tviter səhifəsində yazıb.

 

"Düşmən sanki zombilərin Baxmutdakı mövqelərimizə hücum etdiyi və Donetskin vilayətinin cənubunda təzyiq göstərdiyi görüntüsünü yaradaraq Xersonu bombalayır. Rusiya ölüləri saymır", - deyə Yermakın paylaşımında bildirilib.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər