Modern.az

15 yaşlı uşağın mədəsindən görün nə çıxdı

15 yaşlı uşağın mədəsindən görün nə çıxdı

15 Dekabr 2022, 16:18

Türkiyədə 15 yaşlı oğlanın mədəsindən mobil telefonu enerji ilə təmin edən şunur çıxarılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Diyarbakır şəhərində yaşanıb.

 

Belə ki, mədə ağrısı, ürək bulantısı və qusma şikayətləri ilə həkimə müraciət edən 15 yaşlı oğlanın mədəsində yad cisim olduğu üzə çıxıb.

 

Müayinələr və rentgen prosedurundan sonra uşağın mədəsində şunur olduğu məlum olub.

 

Endoskopik üsulla şunur mədədən çıxarılıb. Həkimlər şunurun bir ucunun incə bağırsağa girdiyi üçün prosesin çətin keçdiyini bildiriblər. Digər zəruri tibbi tədbirlərdən sonra özünü yaxşı hiss edən oğlan evə buraxılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər