Modern.az

Çavuşoğludan Belçikaya PKK ittihamı

Çavuşoğludan Belçikaya PKK ittihamı

15 Dekabr 2022, 16:42

“PKK-nın illeqal fəaliyyətini koordinasiya edən Belçikadadır”.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Belçikanın xarici işlər, Avropa ilə münasibətlər, xarici ticarət və federal mədəni təsisatlar naziri Haca Lahbiblə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

“Sizdən gözləntimiz Belçikada çox fəal olan və bütün Avropada terror fəaliyyəti göstərən PKK qurumlarına qarşı tədbir görməyinizdir. PKK-nın Avropadakı bütün illeqal fəaliyyətini koordinasiya edən Belçikadadır”, - deyə nazir bəyan edib.

 

Qeyd edək ki, H.Lahbib Türkiyədə rəsmi səfərdədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər