Modern.az

Rusiyalı qatillərin hamısını cəzalandırmalıyıq - Zelenski

Rusiyalı qatillərin hamısını cəzalandırmalıyıq - Zelenski

15 Dekabr 2022, 17:02

"Ukraynanın müstəqilliyi uğrunda aparılan müharibə hər birimizin qarşısına vacib bir vəzifə qoyur".

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

 

"Bütün rusiyalı qatilləri, işgəncə verənləri və terrorçuları tutmalı, milli ədliyyə sistemi səviyyəsində bizim xalqımıza və dövlətimizə qarşı cinayətlər törədən hər kəsi cəzalandırmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Bunları həyata keçirməliyik", - deyə Zelenski vurğulayıb.

 

Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər