Modern.az

Qazın qiyməti Türkiyədə müəyyən ediləcək - Putin

Qazın qiyməti Türkiyədə müəyyən ediləcək - Putin

Dünya

15 Dekabr 2022, 17:22

Türkiyə Rusiya qazının əsas istehlakçılarındandır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirib.

 

"Rusiya qazının əsas istehlakçıları qonşularımız, o cümlədən Türkiyədir. Türkiyənin təbii qaz infrastrukturunun əhəmiyyətli potensialı var. Qarşıdakı illərdə biz qaz tranzit mərkəzi yaratmağı planlaşdırırıq. Elektron platforma bir neçə ay ərzində həyata keçirilə bilər",- Putin deyib.

 

"Avropalı istehlakçılar üçün təbii qazın qiyməti böyük ölçüdə mərkəzdə (Türkiyədə) müəyyən olunacaq",-deyə Rusiya lideri əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?