Modern.az

Polis qərargahında partlayış - Yaralılar var 

Polis qərargahında partlayış - Yaralılar var 

Dünya

15 Dekabr 2022, 18:51

Polşanın paytaxtı Varşava şəhərində yerləşən polis qərargahında partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, polisin qərargahında Ukrayna üzrə baş komendantın aldığı hədiyyə partlayıb. İlkin məlumata görə, hadisə nəticəsində yaralılar var.

 

“Komendantın bu ilin dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı aldığı hədiyyələrdən biri partlayıb”, – açıqlamada deyilir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?