Kosovonun baş naziri Albin Kurti Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Çexiyaya təşkilata üzvlük ərizəsini təhvil verib.
Modern.az xəbər verir ki, sənəd dekabrın 14-də imzalanıb.
Kosovo öz regionunda hələ də Aİ-yə üzvlük üçün müraciət etməyən yeganə ölkədir. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. Onu 110-a yaxın ölkə tanıyır.
Yunanıstan, İspaniya, Kipr, Rumıniya və Slovakiya, eləcə də Rusiya və Azərbaycan bu siyahıda yoxdur.
Akif İsmayılov