Modern.az

Saxta içkidən 39 nəfər öldü 

Saxta içkidən 39 nəfər öldü 

15 Dekabr 2022, 22:19

Hindistanın Bihar əyalətində saxta spirtli içki qəbul edən 39 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, saxta içki içən şəxslərdən bəziləri xəstəxanaya yerləşdirilib.

 

Hadisə Bihar parlamentində etiraza səbəb olub. Müxalifət partiyalarının liderləri əyalət hökumətinin ştatda alkoqolun tamamilə qadağan edilməsi siyasətinə qarşı çıxıblar.

 

Biharda alkoqol satışı və istehsalına qadağa 2016-cı ildə qüvvəyə minib, bundan sonra ştatda qeyri-qanuni spirtli içkilər, o cümlədən saxta alkoqol bazarı yaranıb. 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər