Slovakiya parlamenti baş nazir Eduard Heqerin rəhbərlik etdiyi hökumətə etimadsızlıq məsələsi ilə bağlı səsvermə keçirib.
Modern.az xəbər verir, etimadsızlıq səsverməsini 150 yerlik parlamentdə 78 deputat dəstəkləyib.
İndi prezident Zuzana Çaputova yeni baş nazir təyin etməli olacaq. Ölkədə növbədənkənar seçkilər istisna edilmir.
Mövcud koalisiya 2020-ci ildə hakimiyyətə gəlib. Müxalifət partiyaları hökuməti insanların artan enerji qiymətlərinin öhdəsindən gəlmək üçün çox az iş gördüyünə görə tənqid edir.
Akif İsmayılov