Modern.az

Hindistan nüvə raketini sınaqdan keçirdi 

Hindistan nüvə raketini sınaqdan keçirdi 

Dünya

16 Dekabr 2022, 00:24

Hindistan nüvə başlıqlı “Aqni-5” raketini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

 

Qeyd olunub ki, 5 min kilometr mənzilli "Agni-5" raketi ölkənin şərqindəki Odişa əyalətində yerləşən Əbdül Kalam adasından buraxılıb.

 

Rəsmilər uzun mənzilli nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketin ölkənin müdafiəsinə dəyər qatacağını və milli təhlükəsizliyi gücləndirəcəyini bildiriblər.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?