Modern.az

Rusiyaya qarşı 9-cu sanksiya paketi - 27 ölkə razılığa gəldi

Rusiyaya qarşı 9-cu sanksiya paketi - 27 ölkə razılığa gəldi

16 Dekabr 2022, 08:20

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Sənəd cümə günü yazılı prosedurla, yəni əlavə müzakirələr aparılmadan təsdiqlənəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın sədrlik etdiyi Aİ Şurası tviter səhifəsində məlumat yayıb.

 

"Səfirlər Aİ-nin Ukraynaya davam edən dəstəyinin bir hissəsi olaraq Rusiyaya qarşı sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər. Bu, Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində razılaşdırılmış üçüncü sanksiyalar paketidir. Bu, həm də ümumilikdə doqquzuncudur. Sənəd sabah yazılı qaydada təsdiqlənəcək”, - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər