Modern.az

Perudakı etirazlarda ölənlərin sayı 18-ə çatdı

Perudakı etirazlarda ölənlərin sayı 18-ə çatdı

Dünya

16 Dekabr 2022, 10:38

Peruda ölkənin sabiq prezidenti Pedro Kastillonun 7 dekabrda Konqres tərəfindən vəzifəsindən uzaqlaşdırılaraq həbs edilməsindən sonra başlayan etirazlar davam edir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bütün ölkəni bürüyən etirazlarda ölənlərin sayı 18 nəfərə çatıb. Daha 426 nəfər isə yaralanıb.

 

Paytaxt Lima şəhəri başda olmaqla, ölkənin bütün şəhərlərində keçirilən aksiyalarda etirazçıların əsas tələbi Kastillonun azadlığa buraxılması, hazırkı prezident Dina Boluartenin istefası, Konqresin buraxılması və təcili seçkilərdə yeni seçkilərin keçirilməsidir.

 

Qeyd edək ki, Boluarte yeni seçkilərin 2023-cü ilin dekabrında keçiriləcəyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər