Modern.az

Türkiyədə antiterror əməliyyatları – 27 şübhəli saxlanıldı

Türkiyədə antiterror əməliyyatları – 27 şübhəli saxlanıldı

16 Dekabr 2022, 12:12

Türkiyənin 6 vilayətində eyni vaxtda antiterror əməliyyatları keçirilib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbul, Ankara, Bursa, Hatay, Kocaeli və Mersin şəhərlərində keçirilən əməliyyat nəticəsində 28 ünvanda axtarışlar aparılıb.

 

Əməliyyat zamanı 27 şübhəli şəxs saxlanılıb. Onlardan 13 nəfər həbs edilib, 3 nəfər haqqında ev dustaqlığı, 9 nəfər barəsində isə ədliyyə nəzarəti qərarı çıxarılıb. 1 şübhəli şəxs isə azadlığa buraxılıb. 1 nəfərlə bağlı isə araşdırmalar davam etdirilir.

 

DHKP-C terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı, həmçinin çoxlu sayda sübutlar, müxtəlif sənədlər və rəqəmsal materiallar aşkar olunaraq götürülüb.

 

Hazırda araşdırmaların davam etdirildiyi və digər şübhəlilərin axtarışı istiqamətində tədbirlərin görüldüyü qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?