Rusiyada helikopter qəzası baş verib.
Modern.az TASS-a istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikası ərazisində qeydə alınıb.
Belə ki, "Mİ-8" markalı helikopter qəzaya uğrayıb. Məlumata görə, qəza zamanı helikopterdə olan 3 ekipaj üzvü ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.