Modern.az

Polis avtobusunu partladan şəxsin qardaşı da terrorçu imiş

Polis avtobusunu partladan şəxsin qardaşı da terrorçu imiş

Dünya

16 Dekabr 2022, 13:02

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün səhər saatlarında Diyarbakırda polis mikroavtobusunu partladan şəxs barədə yeni məlumatlar verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında terrorçunun qardaşının da terror təşkilatının üzvü olduğunu bildirib.

 

"Onun qardaşı da terror təşkilatının üzvü olub. 2004-cü ildə bizim tərəfimizdən zərərsizləşdirilib. Özü avtomobili ora gətirdiyini, bombanı qoyduğunu etiraf etdi", - deyə Soylu söyləyib.

 

Nazirin sözlərinə görə, artıq bütün yaralılar xəstəxanadan evə buraxılıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Diyarbakır şəhərində polisə məxsus nəqliyyat vasitəsi partladılıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər