Modern.az

Moskva Ərdoğanın görüş təklifini qəbul etdi

Moskva Ərdoğanın görüş təklifini qəbul etdi

Dünya

16 Dekabr 2022, 13:36

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə-Rusiya-Suriya liderlərinin toplantısı təklifinə münasibət bildirib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Boqdanov rəsmi Moskvanın təklifə müsbət yanaşdığını açıqlayıb.

 

"Biz Ərdoğanın Türkiyə, Suriya və Rusiya liderləri arasında görüşün təşkili barədə fikrinə müsbət baxırıq. Rusiya bu görüş mövzusunda Suriya tərəfi ilə kommunikasiya saxlayır", - deyə nazir müavini söyləyib.

 

Qeyd edək ki, Ərdoğan Türkiyə, Rusiya və Suriya liderlərinin üçtərəfli görüşünü təklif edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər