Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı keçirəcəyi barədə məlumatlara münasibət bildirib.
Modern.az TASS-a istinadən xəbər verir ki, Peskov bunun nəzərdə tutulmadığını deyib.
"Putinin Makronla danışmaq planı yoxdur", - deyə sözçü bildirib.
Peskov, həmçinin Rusiya prezidentinin Hindistan baş naziri Narendra Modi ilə telefonla danışdığını açıqlayıb.