Modern.az

Rusiya Kissincerin ideyalarını böyük maraqla öyrənir - Peskov

Rusiya Kissincerin ideyalarını böyük maraqla öyrənir - Peskov

Dünya

16 Dekabr 2022, 13:58

"Kreml böyük maraqla Henri Kissincerin ideyaları ilə tanış olur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Kissincerin hazırkı situasiyanın həlli ilə bağlı ideyalarını böyük maraqla öyrənirik. O, istedadlı, təcrübəli mütəxəssisdir. Kissincer öz məqaləsində Rusiya və Ukrayna arasında sülhü, Avropa təhlükəsizliyinin arxitekturasını necə gördüyünü ifadə edir", - deyə Peskov bildirib.

 

Sözçü, həmçinin Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü barədə də məlumat verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər