Modern.az

“Saakaşvili cəzasını vətənində çəkəcək” - Spiker

“Saakaşvili cəzasını vətənində çəkəcək” - Spiker

Dünya

16 Dekabr 2022, 14:52

“Mixail Saakaşvili Gürcüstan ərazisində cinayət törədib və cəzasını vətənində çəkəcək”.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

 

Siyasətçi, həmçinin sabiq prezidentin silahdaşlarının hərəkətlərini tənqid edib.

 

“Saakaşvilinin dostları əslində onun düşmənləridir. Çünki onlar onun vəziyyətini maksimum dərəcədə ağırlaşdırmağa çalışırlar”, - deyə Papuaşvili əlavə edib.

 

Spiker Gürcüstan həbsxanasında olan yeganə Ukrayna vətəndaşının Saakaşvili olmadığını bəyan edib: “Saakaşvili cəzasını vətənində çəkəcək”.

 

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi bu ölkənin də vətəndaşı olan Saakaşvilinin müalicə üçün Avropa və ya ABŞ-dakı klinikalardan birinə köçürülməsi ilə bağlı rəsmi Tbilisiyə çağırış etmişdi.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər