Dünyanın ən böyük akvariumu partlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya polisi məlumat yayıb.
Məlumata görə, silindr formalı 25 metr hündürlüyə sahib akvariumda müxtəlif növ 1500 balıq olub. Onlar sırasında nadir tropik balıq növləri də yer alıb. Balıqların hamısının tələf olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Ehtimal olunur ki, akvarium hava temperaturunun enməsi səbəbindən çatlayıb, daha sonra isə partlama olub.
İnsident nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Qeyd edək ki, sözügedən akvarium Berlində Aleksanderplats meydanına yaxın hotellərdən birində yerləşir.