Modern.az

Avropada daha 4 rus kanalı qadağan edildi 

Avropada daha 4 rus kanalı qadağan edildi 

Dünya

16 Dekabr 2022, 18:50

Avropa İttifaqı (Aİ) Rusiyanın daha dörd telekanalının yayımını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

 

Bildirilir ki, Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketi çərçivəsində NTV, “Rossiya 1”, REN TV və “Pervıy kanal”ın yayım lisenziyalarının dayandırılması prosesinə başlanılıb.

 

Qeyd olunur ki, telekanallar daim Rusiya rəhbərliyinin birbaşa və ya dolayı nəzarəti altındadır, onlardan fasiləsiz və koordinasiyalı dezinformasiya, habelə təbliğat üçün istifadə edilir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər