Yunanıstan Türkiyə sərhədindəki Evros bölgəsində patrul və müşahidə tədbirlərini gücləndirmək üçün 250 sərhəd polisi yerləşdirəcək.
Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos məlumat verib.
O, Evros bölgəsində qeyri-qanuni miqrantların keçidinin qarşısını almaq üçün tikilən hasarların sərhəd boyu uzadılacağını, elektron müşahidə sistemlərinin yenilənəcəyini qeyd edib.
Nazir 2022-ci ildə 250 min qanunsuz miqrantın keçidinin qarşısının alındığını və 1200 insan qaçaqmalçısının tutulduğunu bildirib.
Akif İsmayılov