Modern.az

Ancelina Coli BMT-dəki vəzifəsini tərk edir

Ancelina Coli BMT-dəki vəzifəsini tərk edir

Dünya

16 Dekabr 2022, 22:53

Amerikalı məşhur aktrisa Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) xüsusi nümayəndəsi vəzifəsini tərk edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Komissar Filippo Qrandi bildirib.

 

İyirmi ildir BMT-də işləyən aktrisa bundan sonra humanitar və insan hüquqları çalışacaq.

 

Ancelina Coli 2001-ci ildən BMT-də işləyir, 2012-ci ildə təşkilatın xüsusi nümayəndəsi təyin edilib. Aktrisanın Yəmən və Burkina Faso da daxil olmaqla 60-dan çox səhra missiyası həyata keçirdiyi qeyd olunub.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər