Modern.az

Serblər Kosovoda yenidən barrikadalar qurub 

Serblər Kosovoda yenidən barrikadalar qurub 

17 Dekabr 2022, 22:52

Serblər Kosovonun şimalındakı Zveçan bələdiyyəsində yeni barrikadalar qurub.

 

Modern.az xəbər verir ki, bu barədə Kosovo polisi məlumat yayıb.

 

Polis bildirib ki, serblər ölkənin şimalında vətəndaşların hərəkət azadlığına mane olur. Təhlükəsizlik qüvvələri bütün vətəndaşların və ölkənin təhlükəsizliyini təmin etməyə davam etdiyini açıqlayıb.

 

"Ölkənin şimalında barrikadalar qurulandan bəri təhlükəsizlik vəziyyəti eyni olaraq qalır", - rəsmi məlumatda deyilir.

 

Açıqlamada, həmçinin barrikadaların qurulması nəticəsində hərəkət azadlığının pozulduğu vurğulanıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?