Modern.az

3 il əvvəl oğurlanan 114 milyonluq eksponatlar TAPILDI

3 il əvvəl oğurlanan 114 milyonluq eksponatlar TAPILDI

17 Dekabr 2022, 23:13

Almaniyanın Drezden şəhərində yerləşən Mavi Qübbə Muzeyindən bir neçə il əvvəl oğurlanan briliantların bir qismi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

 

Almaniya polisi oğurluqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Əməliyyat zamanı 31 ədəd briliantla bəzədilmiş muzey eksponatı aşka olunub. Şübhəlilər muzeyə şüşəni sındıraraq girdiklərini etiraf ediblər.

 

Hadisə 2019-cu ildə baş verib. Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən (Grünes Gewölbe) 4300 ədəd briliantla bəzədilmiş 21 nadir eksponat oğurlanıb. Oğurlanan əşyaların dəyəri təxminən 114 milyon avrodur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?