Modern.az

"Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı açıqlandı 

Dünya

17 Dekabr 2022, 23:53

Türkiyənin “Baykar” şirkəti istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını 26 ölkəyə satıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin rəsmiləri Türkiyə mətbuatına açıqlamasında bildirib.

 

Satış həyata keçirilən ölkələrin adları açıqlanmayıb. Azərbaycan ordusunun da istifadə etdiyi "Bayraktar TB2" əsasən Asiya və Afrikada yerləşən ölkələrə tədarük edilib.

 

Eyni zamanda şirkətin istehsal etdiyi daha böyük "Akıncı" pilotsuz uçuş aparatlarının satışı ilə bağlı 5 ölkəyə ilə müqavilə imzalanıb.

 

Şirkət 18 fərqli ölkəyə 1 milyard dollardan çox ixracat həyata keçirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər