Modern.az

6 milyon ukraynalının elektrik enerjisi bərpa edilib

6 milyon ukraynalının elektrik enerjisi bərpa edilib

Dünya

18 Dekabr 2022, 00:10

Ukrayna hakimiyyəti Rusiya ordusunun zərbələri nəticəsində zədələnən enerji obyektlərinin bəzilərini bərpa edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

 

Zelenski bildirib ki, hazırda 6 milyon ukraynalı yenidən elektrik enerjisinə çıxış əldə edib. O vurğulayıb ki, Ukraynanın bir çox bölgələrində hələ də istilik və su təchizatı ilə bağlı problemlər var.

 

“Bu gün əsas məsələ enerjidir. Gün ərzində demək olar ki, 6 milyon ukraynalı elektrik enerjisini əldə edə bilib, təmir işləri fasiləsiz olaraq davam edir”, - deyə Zelenski qeyd edib.

 

Su və istilik təchizatında problemlərin olduğu bölgələr arasında Vinnitsa, Kiyev, Lvov, Dnepropetrovsk, Jitomir və digər vilayətlər var.

 

Qeyd edək ki, oktyabrın əvvəlindən Rusiya ordusu Ukraynanın infrastrukturuna kütləvi zərbələr endirir. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər