ABŞ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada öldürülməsinin qarşısını alıb.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ nümayəndələri general Gerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib, lakin bu barədə Ukraynanya məlumat verməyib.
Ukrayna tərəfi səfər barədə məlumat əldə edib. Daxili müzakirələrdən sonra Vaşinqton təcili addım ataraq Ukraynadan hücumu dayandırmağı xahiş edib.