Modern.az

Zelenski Baydenlə “Patriot” barədə danışıqlar aparır 

Zelenski Baydenlə “Patriot” barədə danışıqlar aparır 

Dünya

18 Dekabr 2022, 19:26

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə "Patriot" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski Fransa telekanallarına müsahibəsində bildirib.

 

O, danışıqların müsbət istiqamətdə getdiyini deyib. Zelenski, həmçinin bildirib ki, Ukraynaya mümkün hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsi ilə şəxsən özü məşğul olur.

 

“Proses gedir, şəxsən mən bunu edirəm. Prinsipcə, bu, bizim üçün çox lazımdır. Mənim üçün vacibdir - bu, mənim prezident Baydenlə şəxsi münasibətimdir", - Zelenski qeyd edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər